Trampın növbəti hədəfi bəlli oldu: “İrandakı uğursuzluğu Kuba ilə ört-basdır edəcəklər”
“ABŞ İrandakı uğursuzluğu Kuba ilə ört-basdır etməyə çalışacaq.”
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.
Politoloq Trampın növbəti hədəfinin Kuba olacağını və aralıq seçkilərinə Kuba qalibiyyəti ilə getməyə çalışdığını iddia edib:
“ABŞ və İran arasındakı siyasi böhran hələ də öz həllini tapmayıb. İran müharibəsində ABŞ qalib gələrsə növbəti addım olaraq Kubaya da müdaxilə istisna deyil. Kuba da ABŞ üçün prioritetdir və bir müddət sonra Trampın növbəti həmləsi Kuba olacaq. Rubio da Kuba məsələsində Trampı dəstəkləyib. Hesab edirəm ki, İranla məsələ öz həllini tapmazsa belə Kuba əməliyyatları qaçınılmaz olacaq. ABŞ İrandakı uğursuzluğu Kuba ilə ört-basdır etməyə çalışacaq. Ona görə ki, aralıq seçkilərində Trampa bir uğur hekayəsi lazımdır və bu hekayəni İranla deyil Kuba ilə bağlı yazmaq asandır. Hesab edirəm ki, Kuba məsələsi artıq çoxdan “Ağ Ev”də masanın üzərindədir.”
Nurlan Cəfəri












