Trampın Qəzzada Qətliam PLANI: "Fələstinlilər zorla evindən çıxarılır"

media-hightechnic-468x90

“Həmin ərazilərdə turistik zona yaradılması ideyası belə birbaşa Trampa bağlıdır”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

media-c7df6f9633ca16ddff1a761ea18ca31a_98544_61

Politoloq İlyas Hüseynov ABŞ prezidenti Donald Tramp və ailəsinin Qəzzada kütləvi aclıq və qida çatışmazlığı ilə bağlı paylaşımlarını şərh edib. O bildirib ki, Trampın bu insani fəlakətə görə sarsılması əslində İsrailin bölgədə hərbi məqsədlərindən əl çəkməsi demək deyil:

“Qəzza ərazisində turistik zona yaradılması ideyası birbaşa Trampın təşəbbüsüdür. Fələstinlilərin öz torpaqlarından zorla köçürülməsi, deportasiyası və tarixin silinməsi ilə bağlı planlar da ona bağlıdır. Bu, XXI əsrdə böyük faciə və insanlıq dramıdır.”

Politoloq vurğulayıb ki, insani dəyərlərə malik hər kəs bu görüntülərdən dərindən sarsılmalıdır, amma dünya ədalətsizdir və insanlar bu ədalətsizlikdən əziyyət çəkirlər:

“Fövqəldövlətlərin gücü siyasi və diplomatik yollarla problemləri həll etmək qabiliyyətindədir. Lakin bu, ədalətli şəkildə həyata keçirilmir. Qəzza sakinləri həyatlarını, evlərini, yaxınlarını itirirlər, hətta bir günlük ərzaq üçün belə mübarizə aparırlar. Müharibə olmasaydı, bəlkə də insanlar normal həyatlarına davam edə bilərdilər.”

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa