Trampın xüsusi nümayəndəsi Ukraynaya səfər edib
ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq Ukraynaya səfər edib.
Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak öz “Telegram” kanalında məlumat yayıb.
“Müdafiə, təhlükəsizliyin gücləndirilməsi, silahlar, sanksiyalar, xalqımızın müdafiəsi, Ukrayna ilə ABŞ arasında əməkdaşlığın gücləndirilməsi — müzakirə ediləcək çoxlu mövzular var. Rusiya atəşi dayandırmaq istəmir. Güc vasitəsilə sülh ABŞ prezidenti Donald Trampın prinsipidir və biz bu yanaşmanı dəstəkləyirik ” , – Yermak vurğulayıb.