TRT kanalları 20 Yanvar faciəsini ekranlara gətirəcək

media-hightechnic-468x90

c5c84405933080603732ab9ca0944ae920 Yanvar faciəsinin 25-ci ildönümü TRT kanalları vasitəsilə xəbər və proqram şəklində bütün dünyaya çatdırılacaq.

Bu barədə məlumat verən TRT-nin Bakı nümayəndəsi Yıldıray Arslan 20 Yanvar 1990-cı ildə Bakının küçə və meydanlarında qəhrəmanlıq dastanı yazıldığını bildirib.

Onun sözlərinə görə, TRT 20 Yanvar gecəsində yaşanan faciəni fərqli şəkildə ekranlara gətirəcək: “TRT Bakı Təmsilciliyi AzTV-nin texniki dəstəyi ilə 20 Yanvar hüzn gününü canlı yayımlarla Şəhidlər Xiyabanından həyata keçirəcək”.

Canlı yayımlarda o gecənin şahidləri ilə yanaşı, politoloq mərkəzinin sədri Elman Nəsirli, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı və TRT Bakı Təmsilçiliyinin müxbiri Səlim Toprak iştirak edəcəklər. “TRT Avaz” kanalının koordinatoru Murat Akkoç da 20 Yanvar gününü bütün Azərbaycan kanalları kimi anım günü olaraq qeyd edəcəklərini, gün ərzində yayımlar vasitəsilə qardaş Azərbaycanın dərdinə şərik olacaqlarını söyləyib. Bu proqram, xəbər və canlı bağlantılar “TRT Haber”, “TRT Avaz” və “TRT Türk” kanallarında yayımlanacaq(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600