TSQ-dən növbəti əməliyyat – 18 terrorçu zərərsizləşdirildi

Antiterror əməliyyatlarını fasiləsiz olaraq davam etdirən Türk Silahlı Qüvvələri İraq və Suriyanın şimalında yuva quran PKK terror təşkilatına qarşı keçirilən əməliyyat zamanı 18 terrorçunu zərərsizləşdirilib.

Yenicag.az-ın məlumatına görə, Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən yayılan açıqlamada Suriyanın Tel Rıfat əyalətində 13 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyi və zərərsizləşdirilən terrorçuların “Fərat Qalxanı” əməliyyatında iştirak edən Türk Silahlı Qüvvələrinə qarşı hücuma hazırlaşdığı qeyd edilib.

Milli Müdafiə Nazirliyinin yayılan digər bir açıqlamasında isə “Türk Silahlı Qüvvələri və Milli İstihbarat Təşkilatının (MİT) koordinasiyalı işbirliyi çərçivəsində İraqın şimalındakı Kandil əyalətində həyata keçirilən hava əməliyyatı nəticəsində 5 PKK terrorçusu zərərsizləşdirilib. Terror təşkilatının bütün yuvaları darmadağın ediləcək”, – ifadələrinə yer verilib./SİA/