Reklam: High Technic
hightechnic

TÜİB türk millət vəkilləri ilə iş adamlarını bir araya gətirdi - FOTOLAR

Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB) Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olan iş adamları arasında əlaqələrin gücləndirilməsi, onların işgüzar fəaliyyətinin dəstəklənməsi, biznes həyatına dair aktual məsələlərin müzakirəsi ilə bağlı tədbir keçirib.

Yenicag.az xəbər verir ki, tədbirdə türkiyəli millət vəkilləri Necdet Ünüvar, Nurettin Aras, Nureddin Nebati, Uğur Bayraqtutan, Kamil Aydın, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və TÜİB başqanı Hüseyin Büyükfırat, qardaş ölkədən olan iş adamları iştirak edib.

Tədbiri giriş sözü ilə açan Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib ki, Türkiyə və Azərbaycan arasındakı münasibətlər hər keçən gün inkişaf edən xətt üzrə gedir:

“Azərbaycanla Türkiyə arasında əməkdaşlıq iqtisadi, siyasi və digər sahələr üzrə inkişaf edir. Bu məsələdə əsas yüklərdən biri də iş adamlarının üzərinə düşür. Hər iki ölkədə iş adamlarının daha geniş fəaliyyət göstərməsi üçün əlimizdən gələn hər şeyi etməliyik”.

Türkiyəli millət vəkili, Türkiyə Azərbaycan parlamentlər arası dostluq qrupunun başqanı Necdet Ünüvar türkiyəli iş adamlarının Azərbaycanda fəaliyyətini “Bu gün burada bir böyük elçi, ancaq onlarla elçi var. Biz hesab edirik ki, hər bir iş adamımız ölkəmizi layiqincə təmsil edir”.

Necdət Ünivar Azərbaycanda sabah keçiriləcək prezident seçkiləri ilə bağlı da danışaraq, seçkilərin Azərbaycan xalqı üçün xeyirli olmasını diləyib:

“Sabah Azərbaycan, Türkiyə, bölgə və dünya üçün bir seçki olacaq. Azərbaycan son illərdə iqtisadi və dünya siyasəti cəhətdən çox inkişaf edib. Sabahkı prezident seçkiləri də Azərbaycanın daha da inkişaf etməsinə təkan olacaq. Demokratik bir seçkinin keçəcəyini təxmin edirəm. Bundan əvvəlki seçkilərdə bunu gördük. Sabahkı seçkilərin də fərqli olmayacağını düşünürəm. Sabahkı prezident seçkiləri təkcə Azərbaycanın yox, dünya siyasətinin bir seçkisi olacaq. Çünki Azərbaycan enerji, coğrafi və geopolitik cəhətdən çox kritik bir nöqtədə yerləşir. Prezident seçkilərindən sonra Azərbaycanla Türkiyənin münasibətləri daha da inkişaf edəcək. Hazırda ölkə başçılarımız arasında çox yaxın dostluq var. İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan bir-biri ilə qardaşdan irəlidirlər. Xalqlarımız da qardaşdır”.

Hüseyin Büyükfırat çıxışında bildirib ki, Türkiyə və Azərbaycan arasındakı münasibətlərin ən yüksək səviyyəyə çatdırılması üçün xüsusi missiyaları var:

“Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasətləri, dostluğu dünyada qibtə ilə izlənir və qısqanılır. Biz də bu məsələdə dəstək verməliyik. Azərbaycanda sabah prezident seçkiləridir. Azərbaycan xalqına bu seçkilərin xeyir gətirəcəyini arzulayıram. İki ölkə arasında münasibətlərin genişləndirilməsi üçün üzərimizə düşən vəzifələr var, biz bunun fərqindəyik. Bu günki toplantımızın məqsədi də bu idi. Millət vəkillərimiz və Türkiyənin Azərbaycandakı rəsmi səfiri tədbirə qatılmaqla bizə dəstək verdilər”.

Hüseyin Büyükfırat qeyd edib ki, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi olaraq hər ay bu toplantıları keçirməklə bağlı qərar qəbul ediblər.

Səxavət Məmməd

www.yenicag.az

1565