!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qızıl Qatar” filminin gizli qəhrəmanları… - Film Azərbaycanla Türkiyənin qardaşlığından bəhs edir

!Reklam – Yazi

Azərbaycan və Türkiyə arasındakı dostluq münasibətlərinə həsr olunmuş “Qızıl Qatar” filmi çəkiləcək.

Yenicag.az xəbər verir ki, Qurtuluş Savaşı dönəmində Azərbaycan və Türkiyənin tarixə damğa vurmuş dostluğunu “mavi ekran”a daşıyacaq filmdə iki ölkənin işğalçı qüvvələrə qarşı çiyin-çiyinə apardığı mübarizədən bəhs edilir.

Yaşanmış hekayəsi ilə kino sahəsində önəmli yer tutacaq “Qızıl Qatar” filminin hazırlanmasını “Skala Production” şirkəti öz üzərinə götürüb. Şirkət tarixin səhifələrinə işıq tutacaq bu filmi “Azərbaycanfilm” kinostudiyası ilə birlikdə hazırlayacaq.

“Qızıl Qatar” filmində Qurtuluş Savaşının qızışdığı və Türk Ordusunun ehtiyatlarının tükəndiyi bir dövrdə Azərbaycanla möhkəmlənən əməkdaşlıq və həmrəylik hekayəsindən bəs edilir.

Mustafa Kamal Atatürk, Nəriman Nərimanov ve Kazım Qarabəkirin rəhbərliyi ilə hazırlanan startegiya əsasında formalaşdırılan xüsusi heyətə Azərbaycanın etdiyi yardımın Ankaraya çatdırılması tapşırığı verilir. Heyət bu çətin vəzifəni qəbul edərək böyük çətinliklərlə qarşı-qarşıya qalacaqları, düşmənə və zamana qarşı yarışacaqları  mübarizəyə atılır.

Qafqazla bağlı çoxlu planı olan düşmənin xalqa verdiyi əzab və iztiraba şahid olan heyətin vəzifəsi olduqca çətindir. İngilis və rus agentlərin məkrli oyunlarına və erməni dəstələrinin hücumlarına pusqu və fikir ayrılıqlarının qarışması ilə həyata keçirilməsi vacib olan bu mühüm vəzifə də təhlükə ilə qarşı-qarşıya qalır.

Çəkilişinə 2021-ci ilin mart ayında başlanılacaq “Qızıl Qatar” filmi bu böyük mübarizənin çətinliyini bütün emosionallığı ilə izləyicilərə çatdırmağa çalışacaq.

“Skala Production” tərəfindən Türkiyə və Azərbaycanın birlikdə hazırlayacağı filmin aktyor heyətinin seçiminə başlandığı da bildirilib.

Filmin 2022-ci ilin aprelində yayınlanacağı gözlənilir.

Qeyd edək ki, tarixi filmin çəkilməsi üçün müvafiq qurumların razılığının alınmasında və baş tutmasında Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralın müstəsna xidmətləri var.

Yenicag.az-a daxil olan məlumata görə, bu ideya ilə bağlı başda TÜİB sədri Hüseyin Büyükfırat olmaqla, bir sıra iş adamları bu yöndə illərdən bəri məsələ qaldırsalar da, məhz Erkan Özoralın israrlı fəaliyyəti nəticəsində dövlət dəstəyi təmin olunub. İki ölkə arasındakı münasibətlərin tarixi köklərindən bəhs edəcək filmin nəzərdə tutulan qrafiq üzrə vaxtında hazırlanması üçün TÜİB də öz dəstəyini əsirgəməyəcək.

COP29

www.yenicag.az

5504
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv