Tükürpədən hadisə - Qarajda cəsədlərlə dolu soyuducular tapıldı - FOTO

media-hightechnic-468x90

Rusiya Federasiyasının Samara vilayətindəki qarajlardan birində qeyri-qanuni meyitxana aşkar edilib.

Orada cəsədlər üzərində “ət” və “dondurma” yazıları olan adi mağaza soyuducularında saxlanılıb.

Yenicag.az oxu.az-a istinadən bildirir ki, yaşlı qadın və kişilərin cəsədlərini yerli bloqer Kseniya Stefan aşkar edib. Soyuducuların üzəri karton parçaları ilə örtülüb.

Meyitlərin ətrafında çələnglər və xaçlar da tapılıb. Ehtimal ki, qarajı yerli dəfn xidmətləri şirkətlərindən biri meyitxanaya çevirib.

Məsələ ilə bağlı artıq polisə müraciət olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600