Turistlərin kosmosa ilk uçuşu: 3 nəfər BKS-yə göndərildi - VİDEO

media-hightechnic-468x90

“SpaceX”, “Axiom Space”in təşkil etdiyi tur çərçivəsində aprelin 8-də Beynəlxalq Kosmik Stansiyaya (BKS) üç turist göndərib.

Bu, korporasiya üçün ilk kommersiya uçuşudur.

Ekipajda keçmiş NASA astronavtı Maykl Lopez-Aleqria, pilot işini görəcək amerikalı sahibkar Larri Konnor, kanadalı investor Mark Pati və israilli biznesmen Eytan Stibbe var. Onların hamısına tibbi müayinədən və xüsusi hazırlıqdan sonra uçmağa icazə verilib.

BKS-yə səfərin dəyəri 55 milyon dollar (93,5 milyon manat) qiymətləndirilir. Turistlər aprelin 19-da Yerə qayıtmalıdırlar./Oxu.az/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600