Türk bayrağı baş nazirin səfərini məhv etdi
Almaniya ilə Çin arasında bayraq krizisi yaşanıb. Belə ki, Çinə dörd günlük səfərə gedən Almaniyanın baş naziri Angela Merkel ciddi bir diplomatik krizisə imza atıb.
Yenicag.az xəbər verir ki, səfərə qatılanlara verilən “dostluq rozeti”, yəni ikibayraqlı yaxa nişanında bayraqlar qarışdırılıb. Belə ki, təyyarədə Çin yerinə Türkiyə bayrağı paylanılıb.
Almaniya tərəfinin üzr istədiyi məsələ ilə bağlı Çindən də sərt açıqlama gəldi: “Qeyri-ciddi şəxslərin Almaniyanı idarə etməsi təəssüf doğurur”.
Qeyd olunur ki, Merkel Çin prezidenti Şi Cinpingdən də məsələ ilə bağlı üzr istəyəcək.