Türk dövləti Perincəki dəstəklədi

media-hightechnic-468x90

a3d6d59b65f7c07bc3b2cd0a7c3ec5c1Türkiyənin İşçi Partiyasının lideri və Tələt Paşa komitəsinin qurucu koordinatoru Doğu Perinçəkin ölkə hüdudlarını tərk etmək qadağası ləğv edilib.

Yenicag apa-ya istinadən bildirir ki, D. Perinçəkin vəkili, İşçi Partiyası sədrinin müavini Məhmət Cengiz məlumat verib.

Ali Məhkəmənin qadağanın ləğvi barədə qərarının bu gün axşam verildiyini deyən vəkil Məhmət Cengiz əlavə edib ki, Avropa İnsan Haqları Məhkəməsi Böyük Palatasının yanvarın 28-də keçiriləcək iclasında İsveçrədən şikayət edən D. Perinçək də iştirak edəcək.

APA-ya daxil olan məlumata görə, iclasda iştirak edəcək vəkillər heyəti artıq hazırlıqlarını tamamlayıb. D. Perinçək və vəkillər yanvarın 27-də Strasburqa yola düşəcəklər.

Qeyd edək ki, “Ergenekon” işi ilə əlaqədar 6 il azadlıqdan məhrum edilən D. Perinçək ötən ilin yanvarında həbsdən çıxsa da, ona ölkəni tərk etmək qadağan edilmişdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600