!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türk dövlətlərinin güclənən İNTEQRASİYASI: “Bu birliyin ən böyük yolu mədəniyyətdən keçir” – MÖVQE

!Reklam – Yazi

“Türk dövlətləri arasında yaxınlaşmanın sürətləndirilməsi üçün Nobel Yunus Əmrə, yaxud da Nizami mükafatının təsis edilməsinə ehtiyac var”.

Bu fikirləri son dövrlərdə türk dövlətləri arasında inteqrasiya prosesinin əhəmiyyətli dərəcədə sürətlənməsinə münasibət bildirən professor Şahlar Əsgərov Yenicag.az-a açıqlamasında deyib.

Professorun fikrincə, türk dövlətlərinin arzuedilən birliyi mədəni əlaqələrin gücləndirilməsindən keçir:

“Türk dövlətləri arasında birləşmə, inteqrasiya məsələsinə toxunmazdan öncə bir misal göstərmək istərdim. Əgər aşıq sənəti olmasaydı, Dərbənd çoxdan ruslaşmışdı. Yenə də aşıq sənəti olmasaydı, Güney Azərbaycan çoxdan farslaşmışdı. O baxımdan, bu birləşmək məsələsində mədəniyyətin rolu çox böyükdür.

Tanınmış alim, UNEC-in rektoru Ədalət müəlimin gözəl sözü var. Deyir ki, təhsil şəxsiyyət yarada bilməz. Şəxsiyyət yaratmaq mədəniyyətin işidir. Mən bu fikirlə yüz faiz razıyam. Təhsil Landau kimi alim yetişdirə bilər, amma Üzeyir Hacıbəyov yetişdirə bilməz.

Ona görə də türk dövlətlərinin birliyi mədəni əlaqələrin gücləndirilməsindən keçir. Türk dövlətləri arasında yaxınlaşmanın sürətləndirilməsi üçün Nobel mükafatı səviyyəsində olmasa da, məsələn, Yunus Əmrə, yaxud da Nizami mükafatının təsis edilməsinə ehtiyac var. Bu mükafat türk dövlətlərində yaradılan ən gözəl əsərə verilsin.

Eyni zamanda, mədəniyyətin müxtəlif sahələrinə aid davamlı, silsilə tədbirlər keçirilsin. Bu tədbirlərin arasında da kitab sərgisi və sair məsələlərə də yer verilə bilər. Yəni mədəniyyətin birləşdirici gücü çox böyükdür və bundan faydalanmaq lazımdır.

Mən dünən iştirak etdiyim tədbirdə də bir məsələ haqqında danışdım. Bilirsiniz, İranda neçə müddətdir, etiraz aksiyaları keçirilir. Amma o aksiyaların əsas tələbi nədir? Kütlələr siyasi yox, fərqli tələblər səsləndirirlər. Etirazçılar mollalardan tələb edirlər ki, onların azadlığına, geyim tərzlərinə, müxtəlif seçimlərinə hörmətlə yanaşılsın. Baxın, onların niyyətində varlanmaq və siyasi iddia deyil, azadlıq var. Bu da gəlir yenə mədəniyyətə bağlanır”.

A.Zeynalov

www.yenicag.az

595
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv