Türk Dünyası Araşdırmaları Vəqfinin fəxri diplomu Tənzilə Rüstəmxanlıya təqdim edildi – VİDEO

Türk Dünyası Araşdırmaları Vəqfi başqanı Közhan Yazqan Azərbaycan Türk Qadınlar Birliyinin (ATQB) və Azərbaycan Türkiyə Evinin (ATEV) sədri Tənzilə Rüstəmxanlını ziyarət edib.

Yenicag.az xəbər verir ki, Közhan Yazqan 60 illik yubileyi münasibətilə Türk Dünyası Araşdırmaları Vəqfinin fəxri diplomunu Tənzilə Rüstəmxanlıya təqdim edib.

Türk dünyası üçün gördüyü işlərdən bəhs edən Közhan Yazqan müqəddəs amal uğrunda yorulmaz fəaliyyətindən dolayı Tənzilə Rüstəmxanlıya təşəkkür edib.

Tənzilə Rüstəmxanlı fəaliyyətinə verdikləri dəyər üçün Közhan Yazqana minnətdarlığını bildirib.

Bundan əlavə, görüşdə müxtəlif spektrli əməkdaşlıq məsələləri, türk dünyası arasında əlaqələrin daha da genişləndirilməsi yolları müzakirə edilib.

Görüşdə Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin (AKMƏM) sədri Məlahət Qurbanova, Atatürk Liseyinin direktoru Eyləm Gültəkin də iştirak edib.