Türk əsgərlərinə atəş açıldı

Türk Silahlı Qüvvələri Suriyanın şimalında terror təşkilatı PKK tərəfindən silahlı hücuma məruz qalıb.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, terrorçular səhər saatlarında TSK-nın bölgədəki təhlükəsizlik qruplarına atəş açıb. Türkiyə ordusu qarşı tərəfin hücumuna top atəşləri ilə qarşılıq verib.

TSK-dan verilən məlumata görə, terrorçular geri çəkilib, hadisə nəticəsində heç bir itki olmayıb.

COP29