Türkiyə kəşfiyyatının rəhbəri Suriya Prezidenti ilə görüşdü
Türkiyənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Qalın Suriyanın paytaxtı Dəməşqə səfər edib.
Yenicag.az TRT-yə istinaədn xəbər verir ki, Qalın Suriya Prezidenti Əhməd Şaara tərəfindən qəbul olunub.
Görüşdə ikitərəfli və regional təhlükəsizlik məsələləri müzakirə olunub.
Görüşdə Suriya ərazisinin bütövlüyü, suverenliyi, siyasi sabitlik və ictimai sülhün əhəmiyyəti vurğulanıb, Türkiyənin hər zaman Suriyanın yanında olacağı bir daha ifadə edilib.
Görüşdə həmçinin Suriyanın yeni hökumətinin daxili və xarici təhdidlərə qarşı apardığı mübarizəyə toxunulub və Türkiyənin Dəməşq rəhbərliyinə lazım olan hər cür dəstəyi verməyə hazır olduğu bildirilib.