Türk Hava Yolları bütün xarici uçuşlarını dayandırdı

media-hightechnic-468x90

Türk Hava Yolları (THY) bütün xarici uçuşlarını 20 mayadək dayandırıb.

Yenicag.az xəbər verir ki, bu barədə məlumat THY-nin rəsmi internet səhifəsində yer alıb.

Məlumatda yeni növ koronavirus təhlükəsinə qarşı belə bir qərar alındığı bildirilib:

“Yeni koronavirus pandemiyasına görə rəsmi dairələr tərəfindən alınan qərarlar və sizlərin sağlamlığınız üçün aldığımız qabaqlayıcı tədbirlər çərçivəsində bütün xarici səfərlər 2020-ci ilin 20 may tarixinədək dayandırılmışdır”.

Bundan başqa məlumatda bildirilib ki, ölkədaxili uçuşlar da 3-20 aprel tarixləri aralığında dayandırılıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa