Türk kəşfiyyatı terror olacağını əvvəlcədən bilirdi – Şok gəlişmə

media-hightechnic-468x90

dwkjasp9cbu_0_1200x720Türkiyənin milli kəşfiyyat xidməti ölkədə baş verə biləcək terror aktları barədə hüquq-mühafizə orqanlarını dəfələrlə xəbərdar edib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Hurriyet Daily News” yazıb.

Türk kəşfiyyatının 7 İŞİD terrorçusunun Suriyadan ölkəyə terror aktı törətmək məqsədi ilə keçdiyindən xəbəri olub və bununla bağlı məlumatı müvafiq orqanlara ötürüb. Terroristləri zərərsizləşdirmək üçün Türkiyənin bir neçə şəhərində xüsusi əməliyyatlar həyata keçirilib, 97 nəfər saxlanılıb. Lakin terrorçuların hamısını zərərsizləşdirmək mümkün olmayıb.

Xatırladaq ki, iyulun 20-də Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda törədilən terror aktı nəticəsində 31 nəfər ölü, 100-dən çox insan xəsarət alıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600