Türk mediası Aqil Ələsgərin məhkəməsindən yazdı
“Yeni Çağ” qəzeti və baş redaktorumuzun məhkəməyə verilməsi Türk mediasının da diqqət mərkəzindədir. Son olaraq, Türkiyənin nüfuzlu Odatv.com saytı baş redaktorumuz Aqil Әləsgərin məhkəməyə verilməsi ilə əlaqədar reportaj yayımlayıb.
Şenol Çarık imzasını daşıyan xəbər aşağıdakı kimidir:
“2007-ci ildən bəri Fətullah Gülən Şəbəkəsinin Azərbaycanda təşkilatlanmaları ilə bağlı araşdırmalar yazan “Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgərə qarşı yanvarın 14-də məhkəmədə təzminat iddiası qaldırılacaq.
Gülən Camaatının Rusiya və Azərbaycandakı fəaliyyətləri ilə bağlı araşdırma məqalələr yazan Aqil Ələsgərə qarşı təzminat davası ilə bağlı məhkəmə prosesi 14 yanvarda baş tutacaq.
“Azərbaycanda dövlətinin 30%-i bu quruluşun və sistemin təsiri altındadır”-deyə Aqil Ələsgər Odatv-ə bildirib.
“Azərbaycanın neft şirkəti “Socar”-da da “F” tipli quruluş mövcuddur. “Camaat”-in “Socar”-la bağlı apardığı siyasətdən yazdım. Mənə qarşı 2 milyon manat( təxminən 6 milyon lirə) təzminat davası irəli sürdülər. Məni “Socar”-ın imicinə zərbə vurmaqda günahlandırırlar”-deyə Aqil bəy fikrini ifadə edib.
“Socar”-ı hədəfə almadığını vurğulayan Aqil Ələsgər “Socar dövlətimin şirkətidir və heç bir məqaləmdə birbaşa Socar-ı hədəf seçməmişəm. Mən hər zaman bu qurumun içində “kök salmış” Xaliq Məmmədov və oğlunun rəhbərliyində olduğu “sistem”-in fəaliyyətində yazmış, sözügedən şəxslərin dövlətin, o cümlədən “Socar”-ın imkanlarını məhz “F” quruluşu naminə sərf etdiklərini dilə gətirmişdim. Dövlət və Socar rəhbərliyi belə şəxslərdən təmizlənməlidir. Mənim mübarizəm budur. Bunlar enerji sektorunda “Camaat”ın siyasi sistemini formalaşdırıblar”-deyə ifadə etdi.
“Camaat” məktəbləri görüntü naminə bağlandı
Əvvəlki adı “Çağ Öyrətim” sonra isə “Beynəlxalq Təhsil Mərkəzi” olan məktəblər bağlandıqdan sonra “Rusdilli məktəb”-ə parelel olan “İngilis pilot məktəbi” adı altında açıldı. Burada bir nüans var. Sözügedən məktəblərin Təhsil Nazirliynin balansına keçdiyi bildirilir. Onsuzda məktəblər ora aid idi. Rəhbərlik, müəllimlər bir sözlə hərkəs yerindədir. Sadəcə lövhə dəyidirilib. Quruluş yenə eynidir. Gülənin imamları hələ də vəzifələrinin başındadır”.
Ona qarşı açılan təzminat davasının Azərbaycan və Türkiyə ictimaiyyətində əks-səda doğurduğunu bildirən Aqil Ələsgər “Mətbuat, eyni zamanda ictimai təşkilatlar bu vəziyyətin fərqindədir. Mənim susdurlumağımı istəyən “Parelel dövlət”-dir. Səbəbi isə 8 ildən bəri Azərbaycandakı fəaliyyətlərini ifşa etməmdir. Tək təsəllim odur ki, artıq yalnız deyiləm. Bu gün Gülən camaatının iç üzünü görənlər çoxalıb”-deyə bildirib.