!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkanda antisanitariya: Çirkab kanala axıdılır

!Reklam – Yazi

Türkan qəsəbəsinin girişində, mərkəzi yoldan 200 metr aralıda antisanitariya hökm sürür.

Bu barədə Qaynarinfo-ya qəsəbə sakinləri bildirib.

“Əhalinin sıx yaşadığı ərazidə ferma açıblar. Fermanın bütün zir-zibili, peyin və s. birbaşa çölə atılır. Həmin ərazidə Türkan kanalı da yerləşir. Çirkab kanala axır. Bundan başqa, üfunət iyindən ərazidə yaşamaq mümkün deyil”, – sakinlər deyib.

Onların fermanın kimə məxsus olduğunu bilmirlər:

“Amma hər kimdirsə, arxalı şəxsdir. Çünki müvafiq qurumlar, xüsusilə Türkan bələdiyyəsi və qəsəbə icra nümayəndəliyi baş verənlərə göz yumur”, deyə sakinlər əlavə edib.

Şikayətçilər deyib ki, məsələ ilə əlaqədar instansiyalara müraciət etmək niyyətindədirlər.

 

www.yenicag.az

81
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv