Türkdilli dövlətlərin beyin mərkəzlərinin toplantısı Şuşada keçiriləcək

media-hightechnic-468x90

Türkdilli dövlətlərin beyin mərkəzlərinin növbəti toplantısı Şuşada keçiriləcək.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev BMTM-də təşkil edilmiş, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə və Azərbaycan-Qazaxıstan Ekspertlər Şurasının yaradılmasına həsr olunmuş “dəyirmi masa”da çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, konfrans bu il iyulun 3-də baş tutacaq.

Xatırladaq ki, aprelin sonunda Şuşada “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” adlı beynəlxalq konfrans keçirilib. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 20-dən çox ölkədən 50-yə yaxın xarici beyin mərkəzinin ekspertləri, tədqiqatçı alimləri və media nümayəndələri iştirak ediblər.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05