Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Türkiyə Afrində daha bir şəhid verdi

Türkiyə Silahlı Qüvvələrinin daha bir əsgəri Suriyanın Afrin bölgəsində həyata keçirilən hərbi əməliyyatlar çərçivəsində şəhid olub.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahı məlumat yayıb. Məlumatda bildirilir ki, martın 12-də terrorçularla atışma zamanı 1 türk əsgəri şəhid olub, daha 1-i yaralanıb.

Məlumatda o da bildirilir ki, “Zeytun budağı” əməliyyatı çərçivəsində Afrin bölgəsində məhv edilən terrorçuların sayı 3381 nəfərə çatıb.

Qeyd edək ki, Türkiyə ordusu yanvarın 21-dən Afrin bölgəsində PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarına qarşı “Zeytun budağı” əməliyyatını həyata keçirir.

www.yenicag.az

3974
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS