Laçında tarixi görüş: “Azərbaycan, Türkiyə və Pakistan arasında formalaşan strateji üçbucaq...”

media-hightechnic-468x90

“Azərbaycan, Türkiyə və Pakistan arasında formalaşan strateji üçbucaq qardaş ölkələrin qlobal təsirlərdən, təhdidlərdən qorunmasında mühüm rol oynayacağı bəllidir”.

Bunu Laçında Azərbaycan, Türkiyə və Pakistan liderləri arasında baş tutan tarixi görüşün geosiyasi məqamları barədə danışarkən Milli Məclisin deputatı Aydın Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

Deputat bildirib ki, bu gün balanslı və məqsədyönlü, eyni zamanda, milli maraqlara söykənən xarici siyasət yürüdən Azərbaycan qardaş Türkiyə və Pakistanla strateji münasibətləri daha da dərinləşdirir:

“İqtisadiyyatla yanaşı, mədəni, humanitar, siyasi, həmçinin hərbi əlaqələrə üstünlük verən Azərbaycan Laçında “Üç Qardaş” format ilə keçirilən Zirvə görüşü ilə bunu bir daha sübut etdi. Bu, bir daha tərəflərin münasibətlərində yeni mərhələnin başlandığını göstərir. Qardaş ölkələr birmənalı şəkildə bir-birlərinə dəstək olurlar. Azərbaycan, Türkiyə və Pakistan arasında son illər münasibətlər qarşılıqlı xarakter alıb, həm də strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Əgər əvvəllər bu formatda Türkiyə və Azərbaycan var idisə, bu gün dünyada nüvə silahına malik ilk müsəlman ölkəsi olan Pakistan da bu birlikdə təmsil olunur. Proses ikitərəfli formatla məhdudlaşmayaraq artıq üçtərəfli geosiyasi platformaya çevrilib. Azərbaycan, Türkiyə və Pakistanın münasibətləri tarixi, dini, mədəni, həm də siyasi maraqlara söykənir”.

Onun sözlərinə görə, 30 illik erməni işğalından azad olunan Laçında üç ölkənin rəhbərləri arasında baş tutan yüksək səviyyəli siyasi təmaslar da strateji əməkdaşlıq çərçivəsinə keçidi göstərir:

“Prezidentlər İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Baş nazir Məhəmməd Şahbaz Şərifin iştirakı ilə baş tutan görüşdə bir sıra vacib əhəmiyyətli təşəbbüslər irəli sürüldü. Qardaş ölkələrin qlobal təsirlərdən, təhdidlərdən qorunmasında mühüm rol oynayacağı bəllidir. Bu gün dünyada qlobal Cənub-Şimal, Şərq-Qərb savaşı mövcuddur. Hər bir ölkə hər an təhlükələrlə üzləşə bilər. Nəzərə alsaq ki, dünya nizamı əvvəlki kimi möhkəm deyil və qlobal güclər yeni format yaratmadan köhnəni dağıtmaq təşəbbüsü ilə çıxış edirlər, belə olan halda, “Üç Qardaş” birliyinin yaranması uzaqgörən addım sayılmaqla yanaşı, alternativ regional güc mərkəzi kimi formalaşa, digər regional oyunçularla yeni formatlı əməkdaşlıq platformalarının əsasını qoya bilər”.

Nəsimi Ələsgərli

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600