Türkiyə-Azərbaycan oyununun yeri və vaxtı açıqlandı

media-hightechnic-468x90

UEFA “AVRO-2020″nin final mərhələsinin iştirakçılarının turniröncəsi yoldaşlıq matçlarının təqvimini açıqlayıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, qrup mərhələsinin oyunlarını Bakıda keçirəcək yığmaların da yoxlama görüşlərinin vaxtı və yeri müəyyənləşib.

Türkiyə milllisi qitə çempionatına hazırlıq məqsədi ilə 4 yoxlama oyunu keçirəcək. İlk oyun martın 27-də Lyublyanada Sloveniyaya qarşı olacaq. Qardaş ölkə millisi 3 gün sonra Vyanada Avstriya ilə qarşılaşacaq. “Ay-ulduzlular” mayın 26-da Azərbaycan millisi ilə qarşılaşacaq. Bu görüş Antalyada baş tutacaq. Şenol Güneşin baş məşqçisi olduğu kollektiv “AVRO-2020″yə hazırlığı iyunun 1-də Osiekdə Xorvatiyaya qarşı keçiriləcək oyunla yekun vuracaq.

Qrup mərhələsinin oyunlarını Bakıda keçirəcək yığmalardan İsveçrə də 4 oyun keçirəcək. İsveçrəlilər martın 26-da Dohada Xorvatiya, 30-da Belçika, mayın 31-də Bazeldə Almaniya, iyunun 4-də isə Lixtenşteynlə qarşılaşacaq.

Uels millisinin isə hələlik 2 rəqibi müəyyənləşib. Britaniyalılar martın 27-də Suonsidə Avstriya, 3 gün sonra isə Kardiffdə ABŞ seçməsi ilə yoldaşlıq oyununda üz-üzə gələcək.

Qeyd edək ki, AVRO-2020-nin 4 oyunu (3 qrup mərhələsi və bir 1/4 final qarşılaşması) Bakı Olimpiya Stadionunda (BOS) təşkil olunacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05