Türkiyə əleyhinə casusluq edən 7 nəfər həbs olunub

media-hightechnic-468x90

Milli Təhlükəsizlik Teşkilatı (MİT) Türkiyədə həssas məlumatları xarici kəşfiyyat xidmətlərinə ötürən beynəlxalq casus şəbəkəsinə qarşı əməliyyat keçirib.

media-banner_tkm

Yenicag.az APA-nın Türkiyə bürosuna istinadən xəbər verir ki, Ankara mərkəzli istintaq çərçivəsində 4 vilayətdə eyni vaxtda keçirilən əməliyyatda şəbəkə rəhbəri olduğu bildirilən şəxs də daxil olmaqla 7 şübhəli şəxs saxlanılıb, 2 nəfərin isə başqa cinayətə görə həbsdə olduğu açıqlanıb.

Məlumata görə, şəbəkə Türkiyədəki qeyri-hökumət təşkilatları, dərnəklər, ictimai qruplar və dövlət əməkdaşları barədə həssas məlumatlar toplayaraq xarici xüsusi xidmət orqanlarına ötürüb.

Aparılan istintaq nəticəsində şəbəkənin əlaqə, hesabat və maliyyələşmə mexanizmləri ifşa olunub, saxlanılan 7 nəfər barəsində həbs qətiimkan tədbiri görülüb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05