!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə “Əvət” dedi: Qardaş ölkədə yeni dönəm başlayır

!Reklam – Yazi

Türkiyədə bu gün keçirilən Konstitusiya referendumunda “Əvət” nəticəsi çıxıb.

Yeniçağ.Az xəbər verir ki, səsvermənin qeyri-rəsmi nəticələrinə əsasən, seçicilərin 51,4 faizi “Əvət”, 48,6 faizi isə “Xeyr” mövqeyində olub. Türkiyə Yüksək Seçki Qurumu da Referendumun nəticələrini açıqlayıb və “Əvət”in öndə olduğunu bildirib.

Bu nəticə AKP iqtidarına Türkiyə Konstitusiyasına təklif olunan dəyişiklikləri həyata keçirərək, ölkədə prezident üsul-idarəsini tətbiq etmək səlahiyyəti verib.

Qeyd edək ki, Konstitusiya islahatının əleyhinə olan ana müxalifət Cumhuriyyət Xalq Partiyası (CHP) səsvermə zamanı və səslərin hesablanması prosesində qanun pozuntularına yol verildiyini iddia edir.

Yeniçağ.Az

www.yenicag.az

4272
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv