“Türkiyə gözəli” deputat olmaq istəyir
Daha bir gözəl Türkiyədə keçiriləçək parlament seçkisində deputatlığa namizəd oldu.
“Türkiyə gözəli” Cumhuriyyət Xalq Partiyasından (CHP) namizəd olub.
Özləm Kaymaz bir sıra siyasətçi ilə yanaşı aktrisa və model həmkarı olan Tuğba Özayla da mandat uğrunda mübarizə aparacaq,
Ö.Kaymaz 1992-ci ildə gözəllik müsabiqəsində “Miss Turkey” seçilib. O, seçkilərə qatılmaq qərarını sosial şəbəkə vasitəsilə elan edib. O, qərarını belə elan edib: “Bir qadın, bir ana, bir üzgücü, bir İtaliya liseylisi, bir “Galatasaray”lı, bir Kadıköylü, bir Türkiyə gözəli, bir əlil övlad anası, bir cumhuriyyət övladı olaraq 16 il ölkəmdən uzaqda yaşadıqdan sonra indi öz vətənimdə hamımız üçün əlimi daşın altına qoymağa qərar verdim. Allah utandırmasın. Yolumuz açıq olsun”.
Ö. Kaymaz 18 yaşında ölkə gözəli tacını taxıb. 23 il modellik etdikdən sonra hollandiyalı sevgilisi ilə evlənib bu ölkədə yaşayıb.