“Türkiyə heç kimi hədələmir”

media-hightechnic-468x90

img1721318Türkiyə ordusunun Suriyadan “Süleyman Şah” türbəsini təxliyə əməliyyatı mübahisə predmeti ola bilməz. Yenicag.az musavat-a istinadən bildirir ki, bu barədə Türkiyə baş naziri Əhməd Davudoğlu rəsmi səfərdə olduğu Macarıstanda keçirdiyi mətbuat konfransında bildirib.

“Türkiyə birbaşa və ya dolaysıyla heç kimi hədələmir. Biz özümüzün beynəlxalq hüququmuzdan istifadə eləmişik və bu xüsusda hər hansı mübahisəyə yer yoxdur. Ona görə BMT-ni xəbərdar eləmişik”, – deyə baş nazir Suriyanın hazırkı rəhbərliyinin narazılığını şərh edərkən qeyd edib.

Əhmədoğlu Türkiyə ordusunun nəzarətə götürdüyü Yaşmanın – yeni mavzoley üçün yerin də Türkiyə ərazisi olduğunu xatırladaraq əlavə edib ki, Ankara öncədən əməliyyat haqda “Suriya Azadlıq Ordusu” və Suriyadakı kürd özünü müdafiə qüvvələrini də xəbər edib.

“Təxliyə də məhz Türkiyənin nəzarətindəki ərazi vasistəsi ilə həyata keçirilib” – deyib baş nazir.

Qeyd edək ki, rəsmi Ankara Bəşər Əsəd hökumətinin legitimliyini tanımadığı üçün ona xəbərdarlıq ünvanlamayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600