Türkiyə hərbi əməliyyatlara qatılacaqmı?

media-hightechnic-468x90

1049336_620x410 Türkiyənin baş naziri Əhməd Davudoğlu portuqaliyalı həmkarı Passos Cohelcho ilə görüşüb.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir  ki, mətbuat konfransında çıxış edən Davudoğlu “Avropanın taleyi, Türkiyənin taleyindən ayrı şəkildə təsəvvür etmək olmaz, lakin öz gələcəyimizi də Avropada Türkiyə əleyhdarlarının ümidinə buraxmaq olmaz”.-deyə bildirib. Hər iki nazirin iştirakı ilə keçən mətbuat konfransında Avropa Birliyi, Türkiyə-Portuqaliya münasibətləri və Yaxın Şərqdəki vəziyyət və s. məsələlər müzakirə olunub.

Türkiyədə portuqal dilinin geniş şəkildə tədris olunduğunu vurğulayan Davudoğlu, mayın 5-də Ankarada “Portuqal günü”-nün qeyd ediləcəyini bildirib. “Türkiyə Portuqaliya ilə bütün sahələrdə əməkdaşlığa hazırdır. Bir çox layihələrdə uğurlu olacağımıza əminəm. Portuqaliya həmişə bizə dəstək verdi”- deyə baş nazir sözlərinə əlavə etdi.

Daha sonra jurnalistlərdən birinin Mosulda İŞİD-ə qarşı başlayan əməliyyat bağlı sualını cavablayan türkiyəli baş nazir “ Mosulun sabitliyə qovuşması bizim üçün tarixi bir missiyyadır. Lakin, hazırda Mosulda hər hansı hərbi əməliyyat gündəmdə deyil”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600