Türkiyə hərbi təyyarələri Suriyadakı “İŞİD” hədəflərini bombalayıb

media-hightechnic-468x90

ed3590c7e2f78662535a2022d59866fc“Şəhid Yalçın” adı verilən əməliyyat zamanı “İŞİD”in 2 qərargahı və 1 toplanış məntəqəsi vurulub

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələr “İŞİD”in Suriya ərazisindəki mövqelərini bombardman edib.

İyulun 23-də Türkiyə-Suriya sərhədində, Kilis vilayəti ərazisində “İŞİD” terrorçularının atəşi nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 1 hərbi qulluqçusunun həlak olması və 2 əsgərin yaralanmasından sonra Türkiyə terror qruplaşmasına qarşı əks zərbələr endirməyə qərar verib.

İyulun 24-də yerli vaxtla saat 03.12-də Diyarbəkirdəki hərbi aerodromdan havaya qalxan 3 ədəd “F-16” təyyarəsi saat 03.40 – 03.53 arasında Suriyada “İŞİD”ə aid 3 hədəfi bombalayıb. Əməliyyatla bağlı Türkiyə hökuməti rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, hərbi təyyarələr tərəfindən Suriya ərazisində daha əvvəl müəyyənləşdirilmiş hədəflərə – “İŞİD”in 2 qərargahı və 1 toplanış məntəqəsinə lazer tuşlayıcısı olan 4 raket atılıb. Təyyarələr daha sonra bazaya qayıdıb. “Türkiyə Cümhuriyyəti dövləti öz milli təhlükəsizliyini qorumaq üçün lazımi tədbirləri görməkdə qərarlıdır. Hökumət və müvafiq qurumlar ictimaiyyəti ardıcıl olaraq məlumatlandırmağa davam edəcək”, – deyə hökumətin açıqlamasında qeyd olunub.

“İŞİD”çilərin hücumu nəticəsində həlak olan əsgər Yalçın Nanənin şərəfinə “Şəhid Yalçın” adı verilən əməliyyat terror qruplaşmasının Türkiyə sərhədi yaxınlığında qüvvə cəmləşdirməyə başladığı barədə məlumat əldə edildikdən sonra başlayıb. Təyyarələr bombardman zamanı Suriya hava məkanına keçməyib və “İŞİD” hədəfləri Türkiyə ərazisindən vurulub. Əməliyyat barədə “İŞİD”ə qarşı qurulan beynəlxalq koalisiyadakı müttəfiq dövlətlərə məlumat verilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600