!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə lirəsi rekord həddə ucuzlaşacaq - PROQNOZ

!Reklam – Yazi

2024-cü ilin son rübündə Türkiyə lirəsinin dollara nisbətdə bir qədər də ucuzlaşacağı gözlənilir.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin bəzi KİV-lərində çıxış edən ekspertlər bildiriblər.

Proqnozlara görə, bu yaxınlarda dollar qarşısında tarixi minimumunu (bir dollar üçün 30 lirə) yeniləyən türk lirəsinin dəyəri daha da aşağı düşərək 37 lirəyə çata bilər.

İqtidsadşı ekspert Mustafa Rəcəb Erçin bildirib ki, Türkiyənin milli valyutasının məzənnəsini proqnozlaşdırmaq çətindir. Onun fikrincə, hökumət çətin ki, devalvasiyaya yol versin.

“Türkiyədə xarici valyutanın qiymətinin necə olacağını proqnozlaşdırmaq çətindir, təbii ki, inflyasiya dərəcələrini nəzərə alsaq, 2024-cü ildə məzənnənin indiki səviyyədən bir qədər yuxarı stabilləşəcəyini gözləmək olar. Mövcud iqtisadi proqram deinflyasiyaya əsaslandığı üçün, bu, 2024-cü ildə sabitləşəcək. Deyə bilərəm ki, iqtisadi idarəetmə çətin ki, inflyasiya prosesində devalvasiyaya yol versin”.

Türkiyənin Statistika İnstitutunun (TÜİK) məlumatına görə, dekabrda inflyasiya noyabrda olan 61,98%-dən 64,77%-ə yeksəlib.

Türkiyənin maliyyə naziri Mehmet Şimşək daha əvvəl bildirmişdi ki, hakimiyyət gələn ilin sonuna qədər inflyasiyanın təxminən yarıya qədər azalaraq 34%-ə düşəcəyini gözləyir. Dekabrda Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 40%-dən 42,5%-ə qaldırıb.

www.yenicag.az

172
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv