Türkiyə Milli Təhlükəsizlik Şurasında bu məsələlər müzakirə olundu

media-hightechnic-468x90

Türkiyə Milli Təhlükəsizlik Şurası (MTŞ) prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə toplanıb.

Yenicag.az xəbər verir ki, 3 saat 45 dəqiqə davam edən iclasdan sonra yazılı açıqlama verilib.

Bəyanatda, PKK, FETÖ və İŞİD başda olmaqla, ölkə daxilində və xaricində milli birlik və təhlükəsizliyə qarşı yönəlmiş təhdidlərə qarşı aparılan uğurlu əməliyyatlara dair şuraya məlumat verilib. Terrorsuz Türkiyə hədəfinə doğru mühüm məsafə qət edildiyi vurğulanıb.

Suriya ilə bağlı məsələlər geniş şəkildə ələ alınıb. Suriya hökumətinin ölkənin birliyi və sabitliyi üçün atdığı addımlara dəstəyin davam etdiriləcəyi qeyd olunub. Hər cür bölücü və işğalçı fəaliyyətlərə qarşı mübarizənin prioritet olduğu vurğulanıb.

İsrailin bölgədəki hücumlarının fəsadlarına diqqət çəkilərək beynəlxalq ictimaiyyətə bu təcavüzkarlığı dayandırmaq üçün məsuliyyətli davranmaq çağırışı edilib.

Rusiya-Ukrayna müharibəsindəki gərginliyin artmasından narahatlıq ifadə olunaraq Türkiyənin sülhün bərqərar olunması üçün istənilən dəstəyi verməyə hazır olduğu vurğulanıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.07.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa