Türkiyə pilotsuz ALPAR texnikasını təqdim etdi

media-hightechnic-468x90

Türkiyənin “Otokar” şirkəti ALPAR ağır yük daşıyan pilotsuz yerüstü nəqliyyat vasitəsini nümayiş etdirib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə “SavunmaSanayiST.com” Tvitter səhifəsində məlumat yayıb.

“Bu pilotsuz nəqliyyat hərbçilərin müxtəlif döyüş tapşırıqları üçün faydalı olacaq: düşməni məhv etməkdən tutmuş sursatların çatdırılmasına qədər…” – məlumatda deyilir.

Maksimum yüklənmə çəkisi 15 ton olan avtomobil avtonom və süni intellekt sistemləri ilə aşağıdakı problemləri həll etmək üçün nəzərdə tutulmuşdur:

– Döyüş meydanında şəxsi heyətin riskinin azaldılması;

​- Süni intellekt və məlumatların təhlilindən istifadə etməklə sahədə işçilərin sayını azaltmaqla tapşırıqların icrasını uğurla artırmaq;

– Döyüş meydanındakı pilotsuz uçuş aparatları və digər elementlərlə əlaqə quraraq döyüş sahəsində səmərəliliyi artırmaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05