Türkiyə PKK terror təşkilatının daha 14 hədəfini məhv etdi - FOTO

media-hightechnic-468x90

Türkiyə PKK terror təşkilatının daha 14 hədəfini məhv edib

Yenicag.az-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi xəbər yayıb.

Qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələrinin aviazərbələri nəticəsində separatçı terror təşkilatının İraqın şimalındakı Gara, Hakurk və Kandil bölgələrində istifadə etdiyi mağara, sığınacaq, bunker və anbarları, həmçinin bu təşkilatların yüksəkrütbəli üzvlərinin gizləndiyi iddia edilən obyektlər məhv edilib.

“Terrorla mübarizə bu coğrafiyada bir dənə də olsun terrorçu qalmayana qədər davam edəcək”, – deyə departament əlavə edib.
Xatırladaq ki, Türkiyə Hərbi Hava Qüvvələri dekabrın əvvəlində İraqın şimalında hava əməliyyatı keçirib və bu əməliyyat zamanı PKK terror qruplaşmasının 13 obyekti məhv edilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa