Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana yeni baş müşavir təyin edilib.
Yenicag.az xəbər verir ki, qardaş ölkə liderinin yeni baş müşaviri Fahri Kasırga olub.
O, bu vəzifəyə ölkə prezidentinin müvafiq sərəncamı ilə təyin olunub.
Qeyd olunur ki, Kasırga daha öncə Türkiyə prezidenti aparatının baş katibi vəzifəsini daşıyıb.