Ərdoğan: “Ermənistan mənim dostuma, soydaşlarıma hücum edir”

media-hightechnic-468x90

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “İstanbul” freqatının açılış mərasimində çıxış edib. Dövlət başçısı nitqində II Qarabağ müharibəsinə də toxunub.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Prezident bildirib ki, ölkə pilotsuz uçuş aparatları istehsalında dünyada ilk yerlərdədir.

“İçimizdəki qafillərin qarayaxma kampaniyalarına baxmayaraq, silahlı-silahsız PUA-larımız bütün dünyada həsədlə izlənilir. 44 günlük Qarabağ zəfərində olduğu kimi, Türkiyə PUA-ları da qazandıqları uğurla döyüş üsullarını dəyişdirirlər”.

O, bu halın bəzi ölkələrlə münasibətlərdə problemlər yaratdığını vurğulayıb:

“Məsələn, guya biz dostuq. Biz “kamera” istəyirik, onlar vermirlər. Niyə? Deyirlər ki, sən niyə Ermənistanla döyüşürsən? Ermənistan mənim dostuma, soydaşlarıma hücum edir. Bacardığımız qədər dəstək verməliyik”, – deyə prezident vurğulayıb./Oxu.az/

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05