"Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı 14-ə çatıb" - Baş nazir
“Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı artaraq 14-ə çatıb”.
Yenicag.az xəbər verir ki, bunu II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda çıxış edən Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov deyib.
Onun sözlərinə görə Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum, TANAP kimi strateji layihələr Azərbaycan enerji resurslarının Avropa bazarlarına etibarlı və dayanıqlı şəkildə çıxarılmasını təmin etmişdir.
“Bir neçə gün sonra dekabrın 31-də Cənub Qaz Dəhlizinin sonuncu halqasını təşkil edən TAP boru kəməri vasitəsilə Avropaya kommersiya məqsədilə qaz nəqlinə başlanılmasının beş ili tamam olur.
Beş il ərzində Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı artaraq 14-ə çatıb ki, bunlardan 10-u Avropa ölkəsidir.
Birgə səylərimizlə avqustda Suriyaya qaz nəqlinə başladıq. İlk dəfədir ki, Türkiyə ərazisindən keçməklə Azərbaycan qazı Yaxın Şərq regionuna nəql olunur”, – deyə o bildirib.
Nəsimi Ələsgərli











