Türkiyə və Rusiya Suriya məsələsini müzakirə etdi - Ankarada

media-hightechnic-468x90

Türkiyə və Rusiya Ankarada regional təhlükəsizlik və Suriyada yaranmış vəziyyəti müzakirə edib.

Yenicag.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bəyanat yayıb.

“Türkiyə və Rusiya diplomatik nümayəndələri avqustun 31-dən sentyabrın 4-dək apardığı danışıqların gedişində Suriyadakı son vəziyyəti və regiondakı problemli məsələləri müzakirə edib.

Avqust ayında Türkiyə və Rusiyanın müdafiə Nazirliklərinin rəhbərləri Hülusi Akar və Sergey Şoyqu iki dəfə görüşüb.

Avqustun 17-də Moskvada keçirilən danışıqlarda onlar Suriyadakı humanitar vəziyyətin tezliklə nizamlanması, qaçqınların geri qaytarılması, həmçinin Türkiyə və Rusiyanın Müdafiə Nazirliklərinin ikitərəfli fəaliyyəti məsələlərini müzakirə ediblər.

Avqustun 24-də isə Hülusi Akar, Sergey Şoyqu və Türkiyə Milli Kəşfiyyat Təşkilatının direktoru Hakan Fidan Suriyada vəziyyətin sabitləşməsi, iki ölkənin hərbi-texniki əməkdaşlığı məsələlərində fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, sentyabrın 7-də Suriya münaqişəsinin nizamlanmasına həsr olunan üçtərəfli Türkiyə-İran-Rusiya sammiti keçiriləcək. Tehranda baş tutacaq sammit Suriya böhranının nizamlanması üzrə bu formatda keçiriləcək üçüncü görüş olacaq.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600