!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə Rusiyanın “Taxıl sazişi”nə qayıtması üçün təklif hazırladı

!Reklam – Yazi

Prezident Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə planlaşdırılan danışıqlarda Rusiya kənd təsərrüfatı məhsullarının digər ölkələrə tədarükü üçün tranzit ölkə kimi Türkiyəni təklif edə bilər.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat dairələrindəki mənbə məlumat verib və qeyd edib ki, belə bir təklif Rusiya tərəfində maraq doğura bilər.

“Tərəflər Rusiya buğdasının Türkiyəyə tədarükü, emal olunaraq un halına salınması və daha sonra Afrikanın yoxsul ölkələrinə çatdırılması layihəsini müzakirə edirlər. Bu sxemə Türkiyənin Rusiya kənd təsərrüfatı məhsulları üçün tranzit ölkə kimi istifadə edilməsi təklifi də əlavə oluna bilər. Bu, Rusiya tərəfinin marağına səbəb ola və onun “Taxıl sazişi”nə qayıtmasına töhfə verə bilər”, – mənbədən bildirilib.

Eyni zamanda, mənbə əlavə edib ki, Rusiya Qərbin taxıl və gübrə ixracı qarşısındakı maneələrin aradan qaldırılması ilə bağlı tələblərini yerinə yetirməyə hazır olduğunu görməlidir.

Mənbə: TASS

COP29

www.yenicag.az

201
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv