!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə S-400 sistemlərinin qurulacağı vaxtı açıqladı: ABŞ və NATO-nun cavabı nə olacaq?

!Reklam – Yazi

S-400 havadan müdafiə sistemlərinin Türkiyədə yerləşdirilməsi prosesi 2019-cu ilin oktyabrında başlayacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.

Ankaranın komplekslərin idarə edilməsi üçün hərbi qulluqçuların hazırlanmasına başladığı da qeyd edilib:
“Sistemlərin yerləşdirilməsinə 2019-cu ilin oktyabrında başlanacaq. Hazırda bu komplekslərə qulluq və idarəetmə üçün işçi heyəti hazırlanır. Həmin şəxslər 2019-cu ilin əvvəlində lazımi təhsil almaq üçün Rusiyaya göndəriləcəklər”.

Türkiyə müdafiə naziri S-400 sistemlərinin yerləşdiriləcəyi ərazilər barəsində heç bir açıqlama verməyib.

Sözügedən sistemlərin alışı barədə ABŞ və NATO-nun narahatlıqlarına toxunan Hulusi Akar bildirib ki, bunun üçün heç bir səbəb yoxdur: “ABŞ və NATO-ya narahatlıq gətirməyəcəyik və onlar üçün heç bir problem yaratmayacağıq. Bu sistemlərin yerləşdirilməsi Türkiyə üçün seçim deyil, bir zərurətdir. Onlar bunu başa düşüb və hörmət etməlidirlər”.

Qeyd edək ki, Türkiyə tərəfi daha əvvəl ABŞ və Avropa istehsalı olan havadan müdafiə sistemlərini almaq barədə təklif etmiş, lakin müsbət cavab ala bilməmişdi.

“Biz yalnız satın alan bir ölkə yox, həm də istehsalçı olacağıq. İmzaladığımız müqavilələrdə belə müddəalar var. S-400 müqaviləsində də bu nəzərdə tutulduğundan, sistemlərin alışı barədə razılığa gəldik” – deyə Hulusi Akar əlavə edib.

Türkiyə Çindən sonra S-400 sistemlərinin ikinci alıcısıdır. S-400 sistemlərinin alınması istiqamətində ilk rəsmi bəyanat 2017-ci ilin sentyabr ayında verilmişdi.

S-400 Triumf (NATO hesabat adı: SA-21 Growler) 2007-ci ildə Rusiya ordusunun silah ehtiyyatlarına əlavə edilən qabaqcıl anti-raket sistemidir. S-400 kompleksi hədəfləri 400 kilometr məsafədə və 30 km-ə qədər yüksəklikdə zərərsizləşdirmək qabiliyyətinə malikdir.

Həşim Səhrablı

COP29

www.yenicag.az

729080
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv