Türkiyə Suriyanın şimalına əlavə hərbi qüvvə göndərdi

media-hightechnic-468x90

Türkiyə hərbçiləri Suriyanın şimalında müxalif qüvvələrlə “Cəbhət ən-Nusra” təşkilatı arasında toqquşmaların baş verdiyi təhlükəsizlik zonasında mövcudluğunu gücləndirib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, “Asharq Al-Awsat” qəzeti “Cəbhət ən-Nusra” silahlılarının ələ keçirməyə çalışdığı Kfar Cinna bölgəsinə Türkiyənin zirehli texnikası və əlavə hərbi qüvvələrinin göndərildiyini yazıb.

Döyüşlər, həmçinin Əl-Hamran sərhəd keçid məntəqəsi yaxınlığındakı Cerabulus yaxınlığında da gedir.

Terrorçuların bu əraziyə nəzarəti bərqərar etməsi təhlükəsi “Əhrar əş-Şam” qruplaşmasının parçalanmasından, onun hissələrinin bir qismi “Cəbhət ən-Nusra”ya, digərləri də Ankaranın dəstəklədiyi Azad Suriya Ordusuna qoşulduqdan sonra yaranıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600