Türkiyə üçün "QIRMIZI XƏTT": “PKK təhdidi yaranarsa, yeni hərbi əməliyyatlara başlanacaq”

media-hightechnic-468x90

“Türkiyə PKK təhdidi ilə üz-üzə qalarsa, yeni hərbi əməliyyatlara başlaya bilər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Elçin Abdullayev bildirib.

media-whatsapp-image-2026-01-21-at-14-58-06-1

Politoloq bölgədə son günlər Türkiyənin sərhəd ərazilərində artan təxribatları və rəsmi Ankaranın Suriyadakı proseslərə müdaxilə ehtimalını şərh edib:

“Türkiyə hazırkı məqamda genişmiqyaslı müharibə tərəfdarı deyil. Lakin PKK-nı öz milli təhlükəsizliyinə birbaşa təhdid hesab edir. Bu baxımdan, Dəməşqin terror qruplaşmalarına qarşı başlatdığı hərbi əməliyyatları Ankara tərəfindən dəstəklənir. Hesab edirəm ki, Türkiyə hazırda birbaşa quru əməliyyatı keçirmək niyyətində olmasa da, vəziyyət hər an dəyişə bilər”.

Elçin Abdullayev qeyd edib ki, zərurət yaranarsa, Türkiyə “nöqtə” əməliyyatlarına üstünlük verəcək:

“Əgər dövlət üçün real təhdid yaranarsa, yaxud sərhəddən qanunsuz silah keçirilməsi halları baş verərsə, Türkiyə dərhal hərbi əməliyyat düyməsini basa bilər. Xüsusilə terror təşkilatının liderlərinin zərərsizləşdirilməsi üçün PUA-lardan (Pilotsuz Uçuş Aparatları) aktiv istifadə ediləcəyi gözləniləndir”.

Politoloqun fikrincə, Türkiyə bu məsələdə beynəlxalq aktorları da nəzərə alır:

“Hazırkı məqamda Türkiyə təkbaşına qərar verməyə tələsmir. Belə bir məsələ masaya gələrsə, Ankara ABŞ ilə koordinasiyalı şəkildə hərəkət edərək hərbi əməliyyatlara başlaya bilər”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa