Türkiyə Ukrayna məsələsində MASAYA OTURUR – Kremlin Suriyadakı gələcəyi BUNDAN ASILIDIR

media-hightechnic-468x90

“Ukraynada Rusiya-Türkiyə münasibətlərinin pozitiv nöqtədə qurulması Suriyada Kremlin gələcəyinə də təsir göstərəcək”.

Bunu Yenicag.az-a açıqlamasında Türkiyənin yeni geosiyasi nizamın formalaşmasında aparıcı aktora çevrilməsi barədə fikirlərini səsləndirən politoloq Əziz Əlibəyli deyib.

Onun sözlərinə görə, Türkiyə istər Qarabağda, istər Suriyada, istərsə də Liviyada oyunu tənzilməyici dövlət olduğunu göstərdi.

“Ukrayna məsələsində də sözün əsl mənasında təsir mexanizmi var. Ancaq Rusiya nümayəndələrinin Türkiyəyə hazırkı səfəri Suriyada müəyyən revanşlar almaq istəyi ilə bağlıdır. Söhbət yalnız əvvəlki vəziyyətə qayıtmaqdan getmir. Ukraynada Rusiya-Türkiyə münasibətlərinin pozitiv nöqtədə qurulması Suriyada Kremlin gələcəyinə də təsir göstərəcək. Bir sözlə, məsələ bunun üzərindədir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600