Türkiyə və ABŞ “F-35” qırıcıları ilə bağlı dialoqa başlayacaq

media-hightechnic-468x90

Türkiyə və ABŞ arasında “F-35” qırıcıları ilə bağlı problemin həlli üçün dialoq başlaya bilər.

Yenicag.az xəbər verir ki, Türkiyənin müdafiə sənayesi komitəsinin sədri İsmayıl Demir Ankaranın “F-35” məsələsi ilə bağlı artıq Vaşinqtondan məktub aldığını deyib.

Xatırladaq ki, bir qədər öncə ABŞ Türkiyəni “F-35” döyüş təyyarəsinin istehsalı proqramından çıxarıb. Buna səbəb Ankaranın Rusiya istehsalı olan “S-400” hava hücumundan müdafiə sistemlərini alması olub.

“Biz artıq demişik ki, heç bir ölkə birtərəfli qaydada “F-35” proqramından kənarlaşdırıla bilməz. ABŞ-dan gələn son məktub da bizim haqlı olduğumuzu təsdiqlədi. “F-35” probleminin həlli üçün ABŞ-la dialoq başlayacaq”, – İ.Demir deyib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa