!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə yeni mərhələnin bir ADDIMLIĞINDA: PKK problemi kökündən HƏLL OLUNUR

!Reklam – Yazi

“Türkiyə Suriyada baş verən hadisələri nəzərə alaraq, Suriyanın şərqində yaradılmağa çalışılan kanton quruluşunu təsirsiz hala gətirmək üçün bir sıra siyasi addımlar atır. Bu addımlardan biri də PKK terror təşkilatının lideri Abdullah Öcalanın həbsdən azad edilməsini özündə ehtiva edir”.

Bu sözləri Yenicag.az-la söhbətində Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, professor Hasan Oktay deyib.

Analitik Türkiyə siyasi gündəmini zəbt edən ikinci “həll prosesi” ilə bağlı yaranmış situasiyanı şərh edib.

H. Oktaya görə, bu çərçivədə Öcalan vasitəsilə YPG və PKK terror təşkilatlarının Suriyadakı fəaliyyətlərini nəzarət altına almaq gözləntisi mövcuddur:

“Lakin daha əvvəl birinci “həll prosesi” adlandırılan prosesdə Ədalət və İnkişaf Partiyası (AK Parti) hökumətinin təşəbbüsü uğursuz nəticələndiyindən, hazırda Türkiyədə bu cür bir prosesə qarşı ciddi mənfi münasibət sərgilənir. Abdullah Öcalanın PKK üzərindəki təsirinin, PKK-nın isə YPG və ERNK (Kürdüstan Milli Azadlıq Cəbhəsi – red.) üzərindəki təsirinin hansı ölçüdə olacağı məlum deyil. Buna görə də Abdullah Öcalan azad edildikdən sonra bu terror təşkilatlarının fəaliyyətlərini davam etdirməsi ehtimalı Türkiyədə ciddi narahatlıq və reaksiya doğurur. Prosesin çox yaxşı dəyərləndirilməsi, bütün inkişafların nəzərə alınması və geri dönüşü mümkün olmayan addımlar atılarkən diqqətlə düşünülməsi vacibdir”.

KAFKASSSAM sədri əlavə edib ki, Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalının Demokratik Partiya (HDP) üzərindən həyata keçirməyə çalışdığı və “ikinci açılım” olaraq xarakterizə edilən bu cəhd cəmiyyətdə müsbət qarşılıq tapmayıb:

“Əksinə, türk milliyyətçiləri MHP-yə qarşı ciddi bir duruş sərgiləməyə başlayıb. 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra dünyada sovet sistemindən qalan rejimlərin tədricən ləğv olunmasının şahidi olduq. Xüsusilə sovet təsirində olan Bəəs rejiminin çökməsi və Bəşər Əsədin Moskvaya qaçmasından sonra Yaxın Şərqdə İran və Rusiyanın nəzarətində olan terror təşkilatlarının aradan qaldırılmasının şahid olduq. PKK-nın da Rusiya tərəfindən Türkiyəyə qarşı qurulan marksist bir təşkilat olaraq ləğv ediləcəyi gözlənilir”.

Onun sözlərinə görə, Türkiyədə bu proses çərçivəsində marksist terror təşkilatlarının və vəkalət savaşlarını aparan qrupların ləğvetmə prosesinin düzgün anlaşılmadığı qənaətinə gəlinir:

“Türkiyə Respublikasını quran iradəyə qarşı mübarizə aparan PKK kimi marksist təşkilatlar Bəəs rejiminin çöküşü ilə bölgədə dayaqlarını itirdikləri üçün yeni sistemin bu qurumları tədricən ləğv edəcəyini gözləmək lazım gəlir. Belə bir təşəbbü sTürkiyə tərəfindən qəbul edilə bilməz. Prezident Rəcəb Tayyib Ərdoğanın bu prosesdə heç danışmaması isə diqqət çəkir. Dövlət Bağçalının hansı motivlərlə belə bir risk aldığı geniş çevrələrdə müzakirə edilir. Bu, Türkiyə üçün müsbət bir vəziyyət deyil, çünki terroru məğlub etmiş bir dövlətin məğlub edilmiş terrorla və onun adına mübarizə aparan Abdullah Öcalanla hər hansı bir danışıqlara getməsi qəbul edilə bilməz”.

Rafi Müslümov

www.yenicag.az

125
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv