Türkiyədə bıçaqlanan Araz Musayevin yeni görüntüləri yayıldı – VİDEO
Azərbaycan Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayevin Türkiyənin Antalya şəhərində bıçaqlanmasından sonra sosial şəbəkələrdə yeni videogörüntüləri yayılıb.
Yenicag.az xəbər verir ki, Musayev bu gün Avropa Muaytay Federasiyasının (EMF) keçirilən iclasında iştirak edib.
Xatırladaq ki, mayın 28-də Antalyada keçiriləcək İFMA dünya çempionatından öncə baş tutan görüşdən sonra Araz Musayev kürək nahiyəsindən bıçaqlanmış, təcili olaraq xəstəxanaya yerləşdirilərək əməliyyat olunmuşdu.
Hadisə ilə bağlı aparılan istintaq zamanı məlum olub ki, cinayəti törədənlər Azərbaycan vətəndaşlarıdır. Onlar hadisə yerindən taksi ilə Antalya hava limanına qaçıblar. Lakin Türkiyə polisi şübhəliləri hava limanında saxlayıb.
Bundan əlavə, olayla əlaqəsi olan daha iki şübhəlinin də olduğu müəyyən edilib. Onlardan birinin Rusiyaya qaçdığı ehtimal edilir və bu səbəbdən İnterpol vasitəsilə axtarışa verilib. Digər şübhəlinin isə axtarışları davam etdirilir.