Ankara Respublika Baş Prokurorluğunun Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan istintaq çərçivəsində ictimaiyyət arasında “Ayhan Bora” kimi tanınan silahlı cinayət təşkilatının rəhbəri və üzvləri də daxil olmaqla 29 nəfər saxlanılıb.
Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sülh Cəza Hakimliyi tərəfindən aparılan dindirmələr nəticəsində cinayət təşkilatının lideri Bora Kaplan da daxil olmaqla 14 şübhəli həbs edilib. 15 şübhəli məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. İstintaq çərçivəsində sözügedən cinayət təşkilatının törətdiyi iddia edilən digər cinayətlərin də sübuta yetirilmə işlərinin davam etdiyi öyrənilib.
www.yenicag.az