Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyədə COVID-19-dan sutkalıq ölüm sayında rekord qeydə alındı

Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 243  nəfər ölüb. Bu, Türkiyədə COVID-19 səbəbindən ölümlə bağlı ən yüksək göstəricidir.

Yenicag.az xəbər verir ki,  bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib.
Son 24 saatda  koronavirus testindən 206 102 nəfər keçib, simptomları da müəyyən edilməyənlərlə birlikdə 27 515 nəfər  COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.

Bu gün sağalan xəstə sayı 30 494 olub. Ağır xəstə sayı dünənlə müqayisədə 57 nəfər azalaraq 5803 olub. Nazir ağır xəstə sayının azalmasını müsbət hal olaraq qiymətləndirib.

Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 1 955 680 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 1 721 607 nəfər sağalıb, 17 364 nəfər isə ölüb.

www.yenicag.az

180