Türkiyədə daha 66 nəfər koronavirusun qurbanı oldu

Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb.

Yenicag.az ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, son sutkada 66 nəfər koronavirusun qurbanı olub.

Son 24 saatda 233 min 946 COVID-19 testi aparılıb ki, bunun da 7 min 680-i müsbət çıxıb. Eyni zamanda, 5 min 835 xəstə sağalıb.