Türkiyədə dəhşətli avtobus qəzası-39 yaralı

media-hightechnic-468x90

92706Türkiyədə sərnişin avtobusu ağır qəzaya uğrayıb. Yenicag.az anspress-ə istinadən xəbər verir ki, hadisə səhər saatlarında Sivas-Ankara yolunda qeydə alınıb.

Həmin istiqamətdə Nahit Yurtsevenin idarə etdiyi iritutumlu yük avtobusu dəmir maneəyə dəyərək aşıb. Qəza nəticəsində avtobusdakə 52 sərnişindən 39-u ağır yaralanıb. Yaralılardan biri, avtobusun sürücüsünün vəziyyətinin ağır olduğu bildirilir.

Qəza barədə məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, xilasedicilər və təcili yardım həkimləri cəlb olunub.

Yaralılar xəstəxanalara aparılıb.

İlkin ehtimala görə, qəzaya sürücünün sükan arxasında yuxulaması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa