Türkiyədə generalın təyyarəsinin DÜŞMƏ ANI - VİDEO/SİYAHI
Ankara Esenboğa Hava Limanından Tripoliyə gedən Falcon 50 özəl biznes təyyarəsi radarla əlaqəni itirib. Esenboğa Hava Limanı müvəqqəti olaraq bağlanıb və uçuşlar Kayseriyə yönləndirilib. Təyyarədə Liviya Baş Qərargah rəisi də daxil olmaqla 5 nəfərin olduğu və vurulan təyyarənin qalıqlarının tapıldığı məlum olub.
Bu barədə yayılan rəsmi açıqlamada deyilir.
Bildirilir ki, təyyarə Haymana tərəfdə qəzaya düşüb.
Yenicag.az-ın əldə etdiyi məlumata görə, təyyarədə olanların siyahısı belədir:
– Liviya Baş Qərargah rəisi, general-polkovnik Muhammed Haddad;
– Quru Qoşunları komandanı general-mayor rəisi Fituri Garibil;
– Hərbi İstehsalat Cihazları Müdiri, general Mahmud Kativi;
– Liviya Baş Qərargah rəisinin məsləhətçisi Muhammed Asaavi Diab;
– Liviya Baş Qərargahının fotoqrafı Muhammed Ömər Əhməd Mahcub.
Onların hamısı Ankaradan rəsmi ziyarət sonrası dönərkən vəfat ediblər.












